Ana Sayfa / Haberler / Türkiyədə Seçkilər və Vanda Yaşayan Kürəsünni Türkləri

Türkiyədə Seçkilər və Vanda Yaşayan Kürəsünni Türkləri

Türkiyədə Seçkilər və Vanda Yaşayan Kürəsünni Türkləri

“Türkiyədə Kürəsünni toplumunun adının eşidilməsini, Van elində türklərin varlığının qəbul görməsini təmin etmək istədik,” deyə Kürəsünni Düşüncə Platformasısözçüsü Fərhad Atacan Amerikanın Səsi ilə söhbətdə platformanın izlədiyi hədəflərdən söz edir. Türkiyədə parlament seçkiləri ərəfəsində Van şəhərindən Amerikanın Səsinə danışan Atacan ötən yüz ildə İran Azərbaycanından Türkiyəyə köçən Kürəsünni türklərinin seçki fəallığı, platformanın yürütdüyükampaniyalar və izlədiyi hədəfləri şərh edib.

Fərhad Atacan Türkiyədə Kürəsünni türklərinin siyasi fəallığı haqda danışır

Son bir neçə dönəmdə Kürəsünni türklərinin əksəriyyəti Ədalət və İnkişaf Partiyasına (AKP) səs versə də 7 iyun (Haziran) seçkilərində AKP-nin bu cəmiyyətdən kimsəni namizəd göstərməməsi Kürəsünni Düşüncə Platformasının seçkiləri boykot kampaniyası başlatması ilə nəticələndi.

Sıxıntılarımızın könül verdiyimiz bir partiya (AKP) tərəfindən də göz ardı edilməsi təpkilərimizi bir növ üsyan nöqtəsinə daşıdı.

Ailəsinin əslən Salmasın Çiçək kəndindən olduğunu söyləyən Atacan həmin boykot kampaniyası və onun hədəfləri və nəticələri haqqında ətraflı məlumat verib.

İyun seçkiləri öncəsi, Kürəsünni Türklərinin boykot kampaniyası - Van, Qaragündüz kəndiİyun seçkiləri öncəsi, Kürəsünni Türklərinin boykot kampaniyası – Van, Qaragündüz kəndi

Vanlı jurnalistin dediklərinə görə, Kürəsünni toplumunun təpkisi sadəcə Türkiyənin hakim partiyasına deyil. Kürəsünnilər eyni zamanda Van Böyük Şəhər Bələdiyyəsi və Van elinin 12 digər bələdiyyəsinə hakim olan Xalqların Demokratik Partiyasının (HDP) xüsusilə “işəgötürmə mövzusunda Kürəsünnilərə hər hansı bir haqq vermədiyinə” etiraz bildirirlər:

“İlimizdə Xalqların Demokratik Partiyasına (HDP) aid 12 ilçə bələdiyyəsi, bir də böyük şəhər bələdiyyəsi var. HDP bir il yarımlıq bələdiyyə çalışmalarında 10 mindən artıq personel işə aldı, ancaq, Kürəsünni gənclərinə, kürəsünni xalqına hər hansı bir haqq vermədi. Bu mövzuda təpkimizi HDP yönəticilərinə ifadə etdik. Bu istiqamətdə çalışmalarımız davam edəcək. Kürəsünni toplumu bu məsələdə gerçəkdən məzlum durumdadır.”

7 iyun seçkilərindən öncə yürüdülən boykot kampaniyasını anladan Fərhad Atacan kampaniya əsnasında Vanlı Kürəsünnilərinin ilk dəfə olaraq küçə mitinqləri təşkil etdiyini bildirir:

İlimizdə Xalqların Demokratik Partiyasına (HDP) aid 12 ilçə bələdiyyəsi, bir də böyük şəhər bələdiyyəsi var. HDP bir il yarımlıq bələdiyyə çalışmalarında 10 mindən artıq personel işə aldı, ancaq, Kürəsünni gənclərinə, kürəsünni xalqına hər hansı bir haqq vermədi.

“Sıxıntılarımızın könül verdiyimiz bir partiya (AKP) tərəfindən də göz ardı edilməsi təpkilərimizi bir növ üsyan nöqtəsinə daşıdı. 7 haziran (iyun) seçkilərindən öncə ailəmizdən 8 millət vəkili aday adayı (namizədliyə namizəd) var idi. Ancaq bunların heç biri aday göstərilmədi.”

Kürəsünni Düşüncə Platforması aprelin 11-də Van eli mərkəzində böyük etiraz mitinqi təşkil edərək namizəd siyahısının dəyişməməsi təqdirdə Kürəsünni türklərinin “seçkiləri boykot edib və səsverməyə getməyəcəklərini” elan etdi.

“Bu təpkimiz nə yazıq ki diqqətə alınmadı və aday listəsində hər hansı bir dəyişiklik olmadı. Bu üzdən biz də təpkimizin şiddətini artıraraq boykot qərarı aldıq,” deyə Atacan söyləyir.

Kürəsünni türklərinin mitinqi - Aprel 2015, VanKürəsünni türklərinin mitinqi – Aprel 2015, Van

Boykot kampaniyasının uğurlu nəticələndiyini ifadə edən jurnalistin sözlərinə görə, Kürəsünnilərin 60 faizindən çoxu boykot qərarına əməl etdi: “Rəqəm olaraq bir şey söyləyə bilmərik, amma özəlliklə xalqımızın ağırlıqlı olaraq yaşadığı kəndlərdə heç səs verməyən kənd belə oldu… Bu bir çox nöqtədə zatən hərkəs tərəfindən görüldü və sonucları da etkilədi.”

7 iyun seçkilərində Van elində müxtəlif partiyaların əldə etdiyi səslərin sayı ilə bağlı yayılan hesabatlar da Fərhad Atacanın sözlərini təsdiq edir. Seçkilərdə AKP 1 HDP isə 7 millət vəkilini məclisə göndərdi. Hesablamalara görə, AKP təqribən 5 min əlavə səs ala bilsəydi Van elindən parlanmentə 2 millət vəkili çıxara bilərdi.

“Daha öncə AK partinin almış olduğu səslə qiyaslandığında gerçəkdən ciddi bir düşüş var idi. Burada boykot kampaniyamızın təsirli olduğu hərkəs tərəfindən qəbul edildi. Hərkəs bu yöndə bizə haqq verdi,” deyə Fərhad Atacan vurğulayır.

AKP noyabrın 1-də keçiriləcək erkən seçkilər üçün Van elində irəli sürdüyü namizəd siyahısında bəzi dəyişikliklər aparsa da bu Kürəsünni toplumunu razı etməyib. Ancaq, Kürəsünni Düşüncə Platforması, Fərhad Atacanın dediyinə görə, ölkənin yaşadığı ağır şərtləri nəzərə alaraq bu dönəm üçün boykot qərarı almamışdır.

Çox fərqli amaclarımız var idi. Türkiyə genəlində Kürəsünni toplumunun adının eşidilməsini sağlamağı amacladıq. Bu bizim üçün önəmli idi, burada yaşadığımız Şərqi Anadolu bölgəsində türk deyə dışlanırıq, ancaq Türkiyənin qərbinə getdiyimizdə də kürd deyə dışlanırdı bizim insanlar… Burada Van elində türklərin varlığının da qəbul görməsini sağlamaq istədik.

Atacanın dediklərinə görə, Kürəsünnilər boykot kampaniyası ilə AKP və HDP-yə təpki göstərməkdən əlavə başqa hədəflər də izləyiblər:

“Çox fərqli amaclarımız var idi. Türkiyə genəlində Kürəsünni toplumunun adının eşidilməsini sağlamağı amacladıq. Bu bizim üçün önəmli idi, burada yaşadığımız Şərqi Anadolu bölgəsində türk deyə dışlanırıq (uzaqlaşdırılırıq), ancaq Türkiyənin qərbinə getdiyimizdə də kürd deyə dışlanırdı bizim insanlar… Bizi Əcəm adlandırırdılar, Əcəm adının ortadan qaldırılmasını hədəflədik. Burada Van elində türklərin varlığının da qəbul görməsini sağlamaq istədik.”

Atacan həmçinin 2014-cü ildə təsis edilmişKürəsünnilər Tarix və Kültür Araşdırma Dərnəyininfəaliyyətləri haqqında danışır.

“Dərnəyimizin çalışmaları davam edir. Şəhər idarəsində təsirli olmaq üçün çalışırıq. Yerli bir qəzeti çıxarmağı planlaşdırırıq. Kürəsünni Xəbər qəzetini yaxında yayımlayacayıq. Kültürəl çalışmalarımız davam edəcək. Gəldiyimiz torpaqlardakı insanlarımızla dialoq içərisinə girmək istəyirik…,” deyə o söyləyir.

İranın Qərbi Azərbaycan vilayətinin sünni türklərinin bir çoxu, xüsusilə Birinci Dünya Müharibəsindən sonra kollektiv şəkildə Türkiyəyə köçüb. Onların əksəriyyəti Van eli və ilçələrində kürəsünnilərə məxsus kəndlər və məhəllələrdə yaşayır. İranın Qərbi Azərbaycanında isə sünni türklər əsasən Salmas, Urmiyə, Xoy, Makı, Üşnü və Xanada yaşayırlar. Kürəsünni adı tədricən bölgədə yaşayan kürəsünni tayfasından olmayan digər sünni türklərə də verilib.

http://www.amerikaninsesi.org/content/turkiye-secimleri-van/3022864.html

Hakkında Oktay Aslantaş

Cevaplayın

Mail adresi yayınlanmayacaktır.Gerekli alanlar işaretlenmişlerdir *

*

Yukarı ilerleyin