Ana Sayfa / Tarih / Diğer Ülkeler / Kanada Toronto’da Dede Katibi Anma Töreni
Kanada Toronto’da Dede Katibi Anma Töreni

Kanada Toronto’da Dede Katibi Anma Töreni

TORONTO’DA DƏDƏ KATİBİ ANMA MƏRASİMİ

2009 Aprelin 10-da Kanadanın Toronto şəhərində Güney Azərbaycanlı şair və alim, Urumiyə aşıq məktəbində dədə ozan kimi tanınan və Batı Azərbaycanda yaşayan Sünni Türklərin (Kürəsünni) mənəvi lideri sayılan Qulunculu DƏDƏ KATİB üçün anma və xatırlama törəni keçirildi.

Mərasimin ilkində Əlirza C. Quluncu Dədə Katibin şair, alim və ictimai yönətici kişiliyi haqqında danışıb və şairin Azərbaycanın batı bölgələri ilə birlikdə Türkiyənin doğusunda da böyük şair və alim kimi tanındığı, o bölgələrdə dərin nüfuza malik olduğu haqqında ətraflı bilgilər verdi. Sonra Dr. Talas Avşarlı son əsirdə Batı Azərbaycanda Türk varlığı eleyhinə olan hərəkətlərin tarixi sürəcini anladaraq bu bölgələrdə Türk varlığını qorumağın son dərəcə önəmli olduğunu vurğuladı.

 

Dədə Katibin qara qələm portretini hazırlayan güney Azərbaycanlı tanınmış heykəltəraş və rəssam, Ruhi Tuna, isə Güney Azərbaycanlı sənətçilərin necə bir çetinliklərlə üzləşdikləri ilə bağlı məlumat verərək Təbriz, Urumiyə, Ərdəbil, Zəncan və başqa şəhərlərimizdə ən küçük sənət əsərini ortaya çixartmaq üçün sənəçilərin ağır həzinə verdiklərini açıqladı.

 

Mərasimin dəvamında Toronto şəhərində Azərbaycanı təmsil edən ən aktiv qruplardan olan Araz qrubundan Səməd Purmusəvi Azərbaycan sazı ilə Sulduz havasını ifa etdi. Səməd Purmusəvi eləcə də aşıq ədəbiyatı, aşıq tarixi, ozan və dədə kimi anlamlar haqqında iştirakçılara geniş bilgilər verdi. Araz qrupunun digər üzvü şair Lalə Cavanşir Dədə Katibin neçə şerini gözəl dikləmə ilə oxudu. Araz qrubunun programı Aşıq Mehdi Zəncanlı, qrubun digər sənətçisi Əhməd bəy və Səməd Purmusəvinin birlikdə ifa etdikləri aşıq mahnısı ilə sona çatdı. Araz qrubunun çıxışları və Türkiyənin Adıyaman şəhərindən olan gənc sənətçi Sevda Gülün oxuduğu şərqi iştirakçılar tərəfindən çox sıcaq qarşılandı.
 Müsiqi bölümündən sonra, Dədə Katibin Toronto şəhərində yaşayan 9 yaşında olan nəvəsi Alpay Təyyar da böyük atasının şerlərindən oxudu.

Əhvaz Ərəbləri birliyindən, Saleh Ebu Şərif, Türkmən cəmiyətinin təmsilçisi, Əbdül-Qəfur Çaryar, İranda qeyri Fars alimlər və şexsiyətlərin tanınmalarını əngəlləmə və bu millətlərin tarixlərini təhrif etmə siyasətinə deyinərək Dədə Katibibin vəfatını Azərbaycanləlara təsliyət deyib baş sağlığı dilədilər. Əbdül-Qəfur Çaryar böyük Türkmən şairi Məxtumqulu və Dədə Katibdən şerlər oxudu.

 

Mərasimin sonunda Yunus Təyyar Dədə Katibin oğlu mərasimdə iştirak edənlərə öz təşekkürlərini bildirdi. O hər zaman və hər yerdə xalqın Dədə Katibə dəyər verdiyinə şahid olduğunu dedi. Yunus Təyyar “ xalq Dədə Katibi onun oğullarından və ailəsindən daha artıq tanıyır və dəyərini bilir.” Deyə artırdı.

 

Dədə Katibi anma mərasimində bu mərasimin hər il Toronto şəhərində keçiriləcəyi bildirildi.
Dədə Katib 1925-ci ildə Urumiyənin Quluncu qəsəbəsində anadan olub. O bugünkü məktəblərdə deyil Türkiyə alimləri yanında din, ədəbiyat və tarix dərsləri almışdır. Gəncliyində «Katib» təxəllüsü ilə yazan şairə «Dədə» adı Türkiyədə – Konya şəhərində verilmişdir. Azərbaycanın batı və Türkiyənin doğu bölgəsindəki aşıqlar və ozanlar özəlliklə Urumiyə Aşıq Məktəbi ustadlarının mahnıları və şərqilərində Dədə Katibdən yüzlərcə şeir oxunmuşdur. Dədə Katib arif və ozan kimi məşhur olduğu ilə bilikdə Hənəfi fiqhinin böyük alimi və Batı Azərbaycanda 400 mindən artıq nüfusa sahib olan Sünni Türklərin (Kürəsünnilər) mənəvi lideri kimi də tanınmaqdaydı. Şerləri Batı Azerbaycan və Doğu Anadolu Türkləri arasında dillər əzbəri olan, 60 ildən artıq dillərdən dillərə gəzən şerləri ilə İranda yasaq olan dilimizi yaşadan xalq şairi “Dədə Katib” (Hacı Əbdürrəhman Təyyar) 21 Fevral (Şubat) 2009’da 84 yaşında vəfat etdi. Ömrünü Anadilinə adayan xalq şairinin vəfatı Dünya Anadili gününə dənk…
Anit Mezar yapılmaya başlandı…
 

 

Hakkında khodkar

Cevaplayın

Mail adresi yayınlanmayacaktır.Gerekli alanlar işaretlenmişlerdir *

*

Yukarı ilerleyin